Rusiya beynəlxalq hesablaşmalarda yuanın istifadəsinə görə dünyada üçüncü yerdədir | Banco.az

Rusiya beynəlxalq hesablaşmalarda yuanın istifadəsinə görə dünyada üçüncü yerdədir

İyulda Rusiya beynəlxalq ödənişlərdə Çin yuanından istifadə edən ölkələr arasında üçüncü yeri tutaraq qlobal valyuta bazarındakı payını cəmi üç ayda 6,3 dəfə artırıb.

Bu barədə "Forbes" SWIFT ödəniş məlumat mübadiləsi sisteminin statistik məlumatlarına istinadən yazır.

"Forbes"ın istinad etdiyi SWIFT hesabatına əsasən, iyulda yuan əməliyyatlarının 3,9%-i Rusiyanın payına düşüb (iyunda 1,42%-ə qarşı).

Böyük Britaniya daha yüksək göstəricilər göstərib (6,35%).

Siyahının lideri Honq-Konqdur (iyundakı 73,82%-ə qarşı 70,93%).

SWIFT reytinqində Rusiyadan sonra Sinqapur (3,77%) və ABŞ (2,98%) gəlir.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram