Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycandakı sığorta şirkətlərinin ildə yalnız bir dəfə maliyyə hesabatını ictimaiyyətə açıqlamasına münasibət bildirib.
Palata rəhbəri şirkətdən kommersiya bankları kimi ildə 4 dəfə hesabat tələb etmək üçün hüquqi əsasın olmadığını deyib: “Sığortaçılardan rüblük hesabat tələb etmək üçün hüquqi əsas yaratmalıyıq”.
Bununla belə, R.Aslanlı qeyd edib ki, sığorta şirkətləri maliyyə müəssisəsi olaraq hesabatlılıqda şəffaf olsalar, daha yaxşıdır: “Hesab edirəm ki, onlar şəffaf olmalıdır”.
Mənbə: Report.az