Rüfət Aslanlı: Azərbaycan FCA ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır | Banco.az

Rüfət Aslanlı: Azərbaycan FCA ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdədir. Palatadan Trend-ə verilən məlumata görə, səfər zamanı Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının (FCA) rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının yüksək səviyyəli rəsmiləri Azərbaycan nümayəndə heyətini təşkilatın iş prinsipi və fəaliyyət istiqamətləri ilə tanış etmişdir. Görüş zamanı R.Aslanlı rəhbərlik etdiyi qurumun FCA ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Sonra Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun təşkil etdiyi işgüzar şam yeməyində iştirak edib. Mərasim zamanı Böyük Britaniyanın nümayəndə heyətinə ölkəmizdə aparılan islahatlar barədə məlumat verən R.Aslanlı görüşün iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Mənbə: Trend.az