Rokfeller ailəsi öz şəxsi kolleksiyasını satışa çıxardı. Kolleksiya çox dəyərli zinət əşyalarından təşkil olunmuşdu və hərracda kolleksiya 850 milyon dollara satıldı. Hərraca çıxarılan bu kolleksiya öz növbəsində indiyədək satışa çıxarılan ən geniş miqyaslı şəxsi kolleksiyadır. Kolleksiyada Peqqi Rokfellerə məxsus nişan üzüyü, miniatür brilyant saat, Cartier qolbağı, boyunbağı və s. kimi zinət əşyaları yer alır. Qeyd edək ki, kolleksiyaya 1500 lot (1 lot – 12.8 qram) cəvahirat daxil idi. Hərracdan öncə kolleksiya təqribən 1-18 milyon civarında qiymətləndirilirdi.
Nəcibə Yusifova, banco.az