Risk etməyi sevənlər üçün məşhur sitatlar | Banco.az

Risk etməyi sevənlər üçün məşhur sitatlar

Deyl karnegiş Uinston Çerçil, Con Kennedi və digər məşhurların risk haqqında fikirləri

“Əlbəttə ki motosiklet yürüşü risklə müşayiət olunur: qəza zamanı avtomobillə müqayisədə daha ağır və təhlükəli zədə almaq ehtimalı var. Digər tərəfdən sən həmişə bu haqda düşünürsən və daha diqqətcil olursan, sözün istənilən mənasında. Bəzən insanlar avtomobilin sükanı arxasında yuxuya gedir, amma motosikletdə isə heç gözlərini belə yummurlar.” 

  • Malkol Forbs, Forbes jurnalının təsisçisi

“Həyat – kifayət qədər riskli məşğuliyyətdir".

  • Qarold Makmillan, Britaniyanın keçmiş baş naziri ((1957-1963)

“İşi şansa buraxmayan insanlar, demək olar ki hər şeyi düz edirlər – amma təəssüf ki, çox şey edə bilmirlər”

  • Corc Sevil Qalifaks, ingiltərəli ictimai xadim

Hər bir uğurlu biznesin təməlində bir zamanlar qəbul edilmiş cəsarətli bir qərar dayanır.

  • Oiter Drüker, Amerika iqisadçısı

Risksiz idarəetmənin nəticəsi  - qalibiyyətsiz və ləzzətsiz biznesdir.

  • Al Neybart, "USA Today" jurnalının təsisçisi

Qeyri müəyyənlik və risk – biznesin əsas çətinliyi, amma həm də əsas şansıdır.

  • Devid Herts,  amerikalı riyaziyyatçı analitik

Qərarsızlıq anında qəti hərəkət elə və çalış ki heç olmasa bir addım atasan

  • Lev Tlstoy, rus yazıçısı

Risk etmək  - uçurumdan tullanmaq, qanadları isə uçuşda olarkən açmaq deməkdir.

  • Rey Bredberi, amerikalı yazısı -fantast

Yalnız risk etməyə qadir insan uzaq sahilləri qət edə bilir. Təhlükəsiz qayıqlar limandan çox da uzağa getmir

Ən sərfəli kredit üçün müraciət et

Çin dilində yazılmış “krizis” sözü özündə cəmi iki heroqrlifi biləşdirir. Onlardan biri “çətinlik”, digəri isə “əlverişi imkan” mənasını ifadə edir.

  • Con Kennedi, ABŞ-ın 35-ci prezidenti, 1961-1963

Rəssamın hər bir addımı macara- böyük bir riskdir.  Amma bu riskdə və yalnız bunda incəsənət azadlığı öz təcəssümünü tapır.

  • Albert Kamyu, fransız yazıçı

Vurmağa cəsarət etmədiyin zərbələr, 100% hədəfdən yan keçir.

  • Ueyn Qretskiy, kanadalı xokkeyçi

Risk etmək – bir anlıq öz dayaq nöqtəni itirməkdir. Risk etməmək – özünü itirmək deməkdir.

  • Seren Kyerkrqor, filosof

“Təhlüksəlik hər şeydən daha öncədir” şüarı ilə müharibəni qazanmaq olmaz.

  • Uinston Çerçil

Həmişə qaynar suya girmək lazımdır, onda təmiz qalarsan.

  • Hilbert Kit Çesterton, ingilis jurnalist və yazıçı

Həyat bütünlükdə risklərin idarəedilməsidir, istisnası deyil.

  • Uolter Riston, Citicorpun sabiq direktoru

Aza qane olmaq çox da yaxşı xüsusiyyət deyil. Bəzən uğurun sirri ifrata meyllilikdə dayanır.

  • Oskar Uayld, ingilis yazıçısı

Böyük təhlükələr hesabına xırda qənimətlər, qızıl qarmaqla balıq tutmaq kimidir, qarmaq qırılarsa. Heç bir qənimət itkini əvəzləyə bilməz.

  • Oktavian Avqust, Roma imperatoru

Küləyin səngiməsini gözləyən əkini ötürür, yağışı gözləyənlər biçini.

  • Bibliyadan