Ripple-ın rəhbəri dünyanın ən varlı adamı oldu | Banco.az

Ripple-ın rəhbəri dünyanın ən varlı adamı oldu

Ripple-ın rəhbəri və təsisçisi Kris Larsen XRP-nin yaşadığı yüksəlişdən o qədər çox mənfəət əldə edib ki, artıq dünyanın ən varlı şəxslərindən biri hesab olunur.

Ən azından BitFury CEO-su George Kikvadze bu cür düşünür. Kikvadze Larsenin ötən il ərzində əldə etdiyi gəlirlərə görə bunu bildirib.

“SON DƏQİQƏ: Ripple-ın 320 milyard dollarlıq bazar dəyərində 37% payı olan Kris Larsen Bill Qeytsi və Varren Baffetti keçərək dünyanın ən varlı şəxsi oldu”.

35 min dəfədən çox qazanc əldə edən Ripple-ın vəziyyəti investorları sevindirir. XRP-nin yaşadığı bu yüksəlişin böyük hissəsi ötən ay reallaşdı.

Hər tokenə görə 3.6 dollar civarına qədər irəliləyən Ripple-ın qiymətini ancaq “Coinbase”-in XRP də daxil olmaqla yeni koinlər əldə etmək kimi bir “planının olmaması” xəbəri endirə bilərdi.

Larsenin sərvəti mövzusunda “Forbes” daha təmkinli davranaraq Kris Larsenin sərvətini 59 milyard olaraq göstərib. Məlumat haqda “New York Times” bunları yazıb:

“Bu, Kris Larseni Mark Zükerberqdən irəli çəkərək dünyanın ən varlı 5-ci adamı edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Zükerberq bu həftə təsadüfən kriptovalyutalar haqda fikir bildirib və onların “Facebook” xidmətlərində istifadə edilə biləcəyini açıqlayıb. Onun fikri belə olub:

“Gücünü mərkəzləşdirilmiş sistemlərdən alıb insanlara qaytaran – şifrələmə və kriptovalyuta kimi – bəzi mühüm əks cərəyələr də mövcuddur. Lakin onlara nəzarət etmək xüsusilə çətindir. Bu texnologiyaların müsbət və mənfi aspektlərini və onların xidmətlərimizdə ən yaxşı şəkildə necə istifadə oluna biləcəyini araşdırmaq istərdim”.

Bunlarda maraqlı ola bilər: 

Bütün kriptovalyutalar Ethereum da daxil olmaqla, xəbərdarlıq sözlərini dinləməlidirlər

Bitkoinlə bağlı 2018-ci il PROQNOZU şok yaradır

Mənbə: kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et