Warren Buffett kimdir? | Banco.az

Warren Buffett kimdir?

Warren Buffett kimdir?

Warren Buffett haqqında bəlkə də əvvəllər eşitməmisiniz amma Ohamanın kahini ləqəbi ilə tanınan bu insan indiyə kimi etdiyi sərmayələrin demək olar ki hamısından mənfəət əldə edib. Maliyyəçi olmaqla yanaşı həm də xeyriyyəçi əməlləriylə tanınan Warren Buffett Amerikanın iş adamı və investorudur. 30 Avqust 1930-cu ildə Nebraskada dünyaya gəlib. Berkshire Hathaway investisiya şirkətinin sahibi kimi tanınır. Warren Buffetin var dövlətinin böyüklüyünə görə çox təvazökar bir həyat yaşadığını da qeyd etmək lazımdır.

Warren Buffettin təhsili 

Birja dəllalı olan atası Howard Buffett və anası Leila Buffetin üç uşağından ortancılıdır. Hələ 5 yaşı olanda babasının dükanında Coca-Cola şüşələrinin dənəsini 5 sent qarşılığında sataraq ticarətə başlayıb. Təcrübə, pul qazanma və qənaət sahələrinə o vaxtlardan maraq göstərməyə başlayan Buffet 11 yaşına çatanda isə ilk səhmini alır və dəyər qazanan kimi satmağa başlayır. Daha sonra bu səhmlərin uzun zaman ərzində daha çox qazandırdığını görən Buffet uzun müddətli investisiyalar etməyə başlayır.
1942-ci ildə ailəlikə Vaşinqtona köçürlər. Məktəb illərində qəzet paylayaraq və qolf topları sataraq pul qazanır. Məktəbi bitirdikdən sonra universitetə girmək istəməsə də atasının istəyi ilə Pensilvaniya universitetinə daxil olur.

Warren Buffettin İş Həyatı

Warren Buffett səhm bazarına və investisiyaya birja dəllalı atasının yanında vaxt keçirərək başlayıb. 10 yaşında bir dəfə Nyu-York Fond Birjasını ziyarət etməyi ona çox təsir edib. Cəmi 11 yaşında “Cities Service Preferred” adlı şirkətin 3 səhmini almışdı. Məktəb illərində isə atasının sahib olduğu şirkətə investisiya etmişdi və qazandığı pulla ferma tikdirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

20 yaşına çatanda artıq 9.800 dollar (hazırki dəyəri: 96.000 dollar) qazanmışdı. 1954-ci ildə bir şirkətdən iş təklifi alır. Şirkətdə 2 il işləyir və daha sonra Omahaya yenidən qayıdır. 1956-ci ildə də ilk investisiya şirkətini yaradır. 1962-ci ildə artıq milyoner olmağı bacarır. Şirkət 7 milyon dollara Buffett isə 1 milyon dollara sahib idi.

1979-ci ildə ABC media şirkətinin səhmlərini alır və 1985-ci ildə 3,5 milyard dollara satır. 1988-ci ildə isə Coca-Colanın 1 milyard dollarlıq səhmlərini alır.

2006-ci ildə 42 milyard dollarlıq sərvətiylə Forbes jurnalı tərəfindən dünyanın ən zəngin 2-ci insanı seçilir. 2008-ci ildə sərvətini 62 milyard dollara çatdıraraq dünyanın ən zəngin insanı olmağı bacarır.

Warren Buffett və Ailə Həyatı

Warren Buffett 1952-ci ilin aprel ayında Susan Thompson ilə evlənir. Susie, Howard və Peter adlı üç övladı var. Buffett və Susan Thompson 25 il sonra ayrı yaşamaq qərarına gəlirlər. 1977-ci ildən ayrı yaşamağa başlayırlar və Susan Tompsonun 2004-ci ildə vəfatına qədər evli qalırlar. Buffett ayrı yaşadıqları dövrdə Susanının özü ilə birlikdə tanış olduğu Astrid Menks ilə uzun müddətli münasibətdən sonra 2006-cı ildə evlənir.

Mənbə: Bizplus.az