Mark Zuckerberg Facebooku necə yaratdı? | Banco.az

Mark Zuckerberg Facebooku necə yaratdı?

Mark Zuckerberg kimdir?

Mark Zuckerberg 14 May 1984-cü ildə ABŞda New York ştatının White Plains şəhərində diş həkimi Edward və psixiatr həkim olan anası Karenin tək oğlan uşağı kimi dünyaya gəlib. Mark kompüter proqramçısı və internet sahəsində fəaliyyət göstərən bir iş adamıdır. Facebookun qurucusu və başçısıdır.

Həyatı

İlk proqramını 10 yaşında olanda yazıb. Məktəb illərində müxtəlif elm sahələrində bir çox mükafat alan Mark Zuckerberg məktəbdəki müvəffəqiyyətli qiymətləriylə ABŞın ən prestijli universitetlərindən biri olan Harvarda girir və universitetin ilk ilində universitetin ən yaraşıqlı və ən gözəl şagirdlərinin seçildiyi facemash.com saytını yaradır. Saytında Hardvarddakı bütün tələbələrin fotoşəkilləri var idi. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bazasına girməyi lazım idi. Məlumat bazasına qanunsuz şəkildə girdiyi ortalığa çıxan Zuckerberg məsuliyyətə cəlb edilir və 2004-ci ildə məktəbi tərk edir.

Facebookun yaranması

Harvardda oxuyan iki qardaşın ona etdiyi sosial şəbəkə saytı qurmaq ideyasını gizlincə həyata keçirir və ikinci saytı olan Facebooku 2004-ci ildə istifadəyə verir.

Ən sərfəli kredit üçün müraciət et

Facebook 18 ay ərzində ABŞın ən böyük tanışlıq saytlarından biri olur və təbii olaraq investorların da diqqətini çəkir. İnvestorlarla bir axşam yeməyində görüşəndə yaşı kiçik olduğu üçün spirtli içki belə içməyi qadağan olduğu üçün bütün gecə limonad içir. 18 ay əvvəl qurduğu saytın bir hissəsini 60 milyon dollara satır. Bu gün sahib olduğu 46 milyard dollarlıq sərvətinin əsasını qoyur. Zuckerbergin Facebooku 2011-ci ildə The Brand Finance Global 500 siyahısına görə dünyanın ən qiymətli 281-ci markası olur.

Mark Zuckerberg Yəhudi olaraq yetişdirilməsinə baxmayaraq ateist olduğunu açıqlayıb.

Facebooku 2004-ci ildə quran Mark ZuckerbergTime jurnalıtərəfindən 2010-cu ildə ilin adamı seçilib.

 O, 19 may 2012 tarixində 9 illik Çin əsilli sevgilisi Priscilla Chan ilə evlənib.

©Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et