“Bütün kriptovalyutalar Ethereum da daxil olmaqla, xəbərdarlıq sözlərini dinləməlidirlər" | Banco.az

“Bütün kriptovalyutalar Ethereum da daxil olmaqla, xəbərdarlıq sözlərini dinləməlidirlər"

Ethereum-un yaradıcısı Vitalik Baterin yeni texnologiyanın cəmiyyəti necə yaxşı hala gətircəyini, investorların sərvətini artırmaq məqsədilə yaradıldığını açıqlayıb. Kriptovalyuta bazarında yer alan şəxslərin və ya qurumların məqsədinin daha asan pul qazanmaq olduğunu bildirən Vitalik həmin şəxslərin yeni texnologiyadan faydalana biləcəyini vurğulayıb. Ethereum-un təsisçisi cəmiyyətə inandığını diqqətə çatdırıb.

O, cəmiyyətin böyüməsinə və investorların daha məntiqli addım atmalarına ümid edir. Vitalik “bütün kriptovalyutalar Ethereum da daxil olmaqla, xəbərdarlıq sözlərini dinləməlidirlər. İnsanlar rəqəmsal kağız zənginliyi haqda düşünüb cəmiyyət üçün vacib şeylər etməyi planlaşdırmalıdırlar”, – deyə bildirib.

Baterin: “İnanıram”

Ethereum-un yaradıcısı kriptovalyuta bazarının sərvət və gücün bərabərləşdirilməsi üçün daha yeni yol açılmasının lazım olduğunu söyləyib. Vitalik həmçinin cəmiyyətə olan inamını itirmədiyini deyib. O, “cəmiyyətin doğru istiqamətdə irəliləyəcəyinə ümidliyəm”, – deyə qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin-in uğuru diqqət mərkəzində olsa da, Ethereum da bu il vacib gəlirlər əldə etdi. “Business Insider” kriptovalyuta bazarının 2017-ci ilin əvvəlindən bu yana 8500 faiz artdığını bildirib.

2018-ci il Ethereum üçün uğurlu olacaq?

Bitcoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində - http://banco.az/az/news-cat/kriptovalyuta

Mənbə: kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et