Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? | Banco.az

Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi?

Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir:

Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi?

Bu məsələni ötən həftə izah etsəm də bununla bağlı suallar qalmaqdadır. Qeyd edək ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur. Həm Mülki Məcəllənin 477-ci maddəsinə, həm də yeni mexanizmə görə, kredit şərtləri dəyişdirildikdə zaminlik hüququna xitam verilir. Bu isə o deməkdir ki, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Sadəcə bura bir məqam var ki, bank yeni kredit müqaviləsində köhnə zaminin qalmasını istəyərsə və zamin bundan imtina edərsə o zaman bank restruktrizasiya müqaviləsi bağlamaya bilər. Bu halda problemi kredit mövcud şərtləri ilə davam edəcək. Buna görə də, yeni müqavilədə zamin olmaması və ya yeni zaminlə anlaşma imzalanması üçün bankın razılığına ehtiyac var. Amma əgər, zamin olduğunuz kredit müqaviləsi artıq restruktrizasiya olunubsa və zaminlə əlaqə saxlanılmayıbsa bu halda həmin zaminliyə xitam verilmiş hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et