Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim etdi | Banco.az

Regionda ilk dəfə PAŞA Bank müştərinin video zəng ilə tanınması xidmətini təqdim etdi

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank onlayn qeydiyyatdan keçmiş Müştərinin Bankın filialına gəlmədən yoxlanılması  üçün innovativ bir imkan təqdim etmişdir. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət Azərbaycanda və bölgədə ilk dəfə təqdim olunur.

Verifikasiya proseduru Müştərinin kompüterindən/mobil cihazından edilən video bağlantı vasitəsilə həyata keçirilir. Video bağlantı Müştərinin PAŞA Bankın nümayəndəsi ilə canlı ünsiyyətini əvəz edir, bu da Bankın filialına yaxınlaşma və növbədə dayanma ehtiyacını tamamilə aradan qaldırır.

Belə ki, müştəri https://pashabank.digital/login#/signup ünvanına daxil olaraq qeydiyyatdan keçib, PAŞA Bankın yeni Onlayn Bank platformasında hesab aça, əməkhaqqı layihəsinə qoşula və POS-terminal sifariş edə bilər. Prosesin sonunda sadəcə bir kliklə Müştəri video zəng edərək PAŞA Bankın nümayəndəsinə özünü tanıda və məhsullardan istifadə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq PAŞA Bank rəqəmsal məhsul və xidmətlərinin hazırlanmasını müştərilərin fəal iştirakı ilə həyata keçirir, və bunun nəticəsində onların ehtiyaclarına uyğun innovativ məhsulları ərsəyə gətirir.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç