Müəllif: Gülnar Əhmədli, Banco.az
Rabitəbank-ın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 941 milyon 289 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 93 milyon 197 min manat və ya 11% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 337 milyon 899 min manat, biznes kreditləri portfeli 418 milyon 264 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 185 milyon 127 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 44 milyon 501 min manat və ya 15,2%, 19 milyon 152 min manat və ya 4,8%, 29 milyon 545 min manat və ya 19% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
