"Rabitəbank" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

"Rabitəbank" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

"Rabitəbank" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin AZ2005003556, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 10,000,000 (on milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 2 il , nominal dəyəri 100 manat olan, rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0408 (10.5999%) manat və 100.0000 (9.5%) manat olan 7 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 9.5%, faiz ödəniş dövrü isə hər 3 (təqvim) aydan bir (İl 360 gün, ay 30 gün) təşkil edir.

İstiqrazların kəsmə qiyməti 98.0408 (10.5999%) manat, orta ölçülmüş qiyməti isə 99.4741 (9.7927%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000 manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödəmə tarixi 15 may 2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et