Banco.az portalı Əmanətlərin Sığortalanması Fonduna (ADİF) istinadən, ləğv etmə prosesində olan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiya məbləğlərini təqdim edir.
“Parabank” ASC
11 iyul 2017-ci il tarixə ADİF tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Zaminbank” ASC
11 iyul 2017-ci il tarixə ADİF tərəfindən qorunan əmanətçilərə ümumilikdə 71 milyon 999 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99 %-i) və 676 min 221 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Kredobank” ASC
11 iyul 2017-ci il tarixə ADİF tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 138 min 581 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Dekabank” ASC
11 iyul 2017-ci il tarixə ADİF tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min 183 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Atrabank” ASC
11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 milyon 350 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min 782 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Qafqaz İnkişaf Bankı” ASC
11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
QSC “Bank Standard” KB
11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 552 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 601 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
“Yunayted Kredit Bank”
11 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86 %-i) və 292 min 484 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Bank of Azerbaijan” , “Gəncəbank” və “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu başa çatıb.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 351 min manatdan artıq kompensasiya ödənilmişdir.