Müəllif:Mehin Qasımova/Banco.az
Ümumdünya Qızıl Şurasının ilin iyul-sentyabr ayları üzrə "Qlobal Qızıl Trendləri" hesabatı dərc olunub.
Banco.az xəbər verir ki, qlobal qızıl tələbi mərkəzi banklardan tələbin durğunluğu səbəbindən ilin üçüncü rübündə 6 faiz azalaraq 1147,5 tona düşüb.
Qlobal qızıl tələbi bu dövrdə azalsa da, sözügedən məbləğ son 5 ilin orta göstəricisindən 8 faiz yuxarı olub.
OTC daxil olmaqla ümumi tələb illik 6 faiz artaraq 1267,1 tona, ümumi qızıl təklifi isə 6 faiz artaraq 1267 tona çatıb.
Bu dövrdə investisiya məqsədi ilə qızıl (sikkələr və qızıl külçələr) alışında azalma müşahidə olunub. İnvestisiya məqsədləri üçün qızıl alışları (birjadankənar bazarlar istisna olmaqla) illik bazda 14 faiz azalaraq 296 tona düşüb.
Hesabata görə, üçüncü rübdə mərkəzi bankların qızıl alışları illik 27 faiz azalaraq 337,1 milyard tona düşüb. Ötən il qlobal qızıl tələbi mərkəzi bankların rekord alışları sayəsində son 11 ilin ən yüksək səviyyəsinə çatıb.
Dünyanın ən böyük qızıl istehlakçısı olan Çində qızıl tələbi eyni rübdə 242,7 tondan 247 tona yüksəlib.
Dünyanın ikinci ən böyük qızıl istehlakçısı olan Hindistanda qızıl tələbi hər il 10 faiz artaraq 210,2 tona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!