Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal ərzaq qiymətləri son 18 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, FAO ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən Qlobal Ərzaq Qiymətləri İndeksinin oktyabr ayı nəticələrini açıqlayıb.
Buna görə, indeks oktyabr ayında əvvəlki aya görə 2 faiz bəndi artaraq 127,4 punkta yüksəlib. Beləliklə, indeks son 18 ayın ən yüksək səviyyəsinə çatıb.
FAO-nun məlumatları göstərir ki, indeks bir il əvvəllə müqayisədə isə 5,5 faiz artaraq 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.
Oktyabr ayında ötən bir ilin ən yüksək artımını qeyd edən indeksdə bitki yağı qiymətlərindəki kəskin artım təsirli olub.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin martında indeks 160,2 punkta çataraq rekord qırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!