Qızılın qiymətində enmə ehtimalı var | Banco.az

Qızılın qiymətində enmə ehtimalı var

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi və balansını azaltmağa başlaması heç bir faiz gəliri gətirməyən qızılın qiymətinə mənfi təsir göstərəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Fransanın "BNP Paribas" bankının analitikləri tərəfindən verilib. 

Analitiklərin hazırladıqları hesabatda bildirilir ki, FED-in uçot dərəcəsini dekabr ayında artırması və bu zaman qızılın qiymətinin 1 165 dollar/unsiyaya düşəcəyi proqnozlaşdırılır. Bu da hazırkı qiymətdən 5% aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "BNP Paribas" bankının qızıl aktivi üzrə proqnozları 2016-cı ilin son rübündə hədəfə ən yaxınlardan biri, bu ilin II rübündə isə dünyada ən yaxşısı olub.

Ən sərfəli krediti almaq üçün müraciət et