Qarabağda maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində işlər aparılır | Banco.az

Qarabağda maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində işlər aparılır

Azərbaycan banklarının hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazilərində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparılır və strateji planlar müəyyən edilir.

Bunu "Visa Inc." beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında keçirilən görüşdə ABA-nın prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakı təmin olunacaq.

Öz növbəsində, "Visa"nın regional direktoru Kristina Doros bildirib ki, şirkət bundan sonra da Azərbaycan iqtisadiyyatının nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüsləri dəstəkləməyə hazırdır.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et