Tramp xəritəni paylaşdı: Hörmüz boğazına yeni ad verdi | Banco.az

Tramp xəritəni paylaşdı: Hörmüz boğazına yeni ad verdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp sosial media hesabında Hörmüz boğazının adının dəyişdirilərək "Tramp boğazı" adlandırılmasını təklif edən paylaşım edib.

Banco.az xəbər verir ki, Tramp Körfəz bölgəsinin xəritəsini yayımlayaraq strateji əhəmiyyətə malik Hörmüz boğazının dairəvi şəkildə qeyd olunan hissəsini "Tramp boğazı" kimi təsvir edib.

Sentyabrın 2-də etdiyi paylaşımda ABŞ lideri bir daha Hörmüz boğazının Amerikanın nəzarəti altında olduğunu iddia edib. O, bölgənin adının rəsmi olaraq dəyişdirilərək "Tramp boğazı" adlandırılması təklifini irəli sürə biləcəyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl də Hörmüz boğazının Amerika donanmasının nəzarəti altında olduğunu və praktiki olaraq "ABŞ ərazisi" hesab oluna biləcəyini iddia etmişdi.