28 oktyabr 2026-cı il tarixində bələdiyyə torpaqlarının satışı və icarəsi üzrə növbəti torpaq hərracları keçiriləcək.
Banco.az xəbər verir ki, hərraclar 28 oktyabr 2026-cı il tarixində, saat 15:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) müvafiq ərazi şöbələrində təşkil olunacaq.
Hərracda iştirak etmək istəyən şəxslər üçün ərizə qəbulu 28 sentyabr – 26 oktyabr 2026-cı il tarixlərində həyata keçirilir. Satışa və ya icarəyə çıxarılan torpaq sahələri, habelə bağlanacaq müqavilələrin layihələri ilə 27 oktyabr 2026-cı il tarixinədək müvafiq ƏMDX ərazi şöbələrində tanış olmaq mümkündür.
Hərraca çıxarılan torpaq sahələri üzrə siyahı:
- Siyəzən rayonu, Toğan kəndi – Yenikənd Bələdiyyəsinə aid 1 000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satışa çıxarılır. İlkin qiymət 6 000 manat, hərrac addımı 600 manatdır.
- Samux rayonu, Sərkar kəndi – Sərkar Bələdiyyəsinə aid 1,977 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 791 manat, hərrac addımı 79 manatdır. Torpaq kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub.
- Ağdaş rayonu, Ərəbşəki kəndi – Eymur Bələdiyyəsinə aid 5 hektar torpaq sahəsi 10 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 500 manat, hərrac addımı 50 manatdır. Torpaq kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub.
- Lənkəran rayonu, Veravul kəndi – Vilvan Bələdiyyəsinə aid 24 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə satışa çıxarılır. İlkin qiymət 1 200 manat, hərrac addımı 120 manatdır.
- Lənkəran rayonu, Xarxatan kəndi – Şağlaser Bələdiyyəsinə aid 8 000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 400 manat, hərrac addımı 40 manatdır.
- Şabran rayonu, Qızılqazma kəndi – Pirəbədil Bələdiyyəsinə aid 2 hektar torpaq sahəsi heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 210 manat, hərrac addımı 21 manatdır.
- Şabran rayonu, Padar kəndi – Rəhimli Bələdiyyəsinə aid 1 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 100 manat, hərrac a ddımı 10 manatdır.
- Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi – İstisu Bələdiyyəsinə aid 2 500 kv.m torpaq sahəsi 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 55 manat, hərrac addımı 6 manatdır. Torpaq kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub.
- Xaçmaz rayonu, Aşağıoba kəndi – İstisu Bələdiyyəsinə aid 7 500 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 165 manat, hərrac addımı 17 manatdır.
- Xaçmaz rayonu, Nərəcan kəndi – Nərəcan Bələdiyyəsinə aid 843 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satışa çıxarılır. İlkin qiymət 6 744 manat, hərrac addımı 337 manatdır.
- Xaçmaz rayonu, Nərəcan kəndi – Nərəcan Bələdiyyəsinə aid digər 900 kv.m torpaq sahəsi fərdi yaşayış evi üçün satışa çıxarılır. İlkin qiymət 7 200 manat, hərrac addımı 360 manatdır.
- Xaçmaz rayonu, Nərəcan kəndi – Nərəcan Bələdiyyəsinə aid 1 000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satışa çıxarılır. İlkin qiymət 8 000 manat, hərrac addımı 400 manatdır.
- Xaçmaz rayonu, Şıxlı kəndi – Nərəcan Bələdiyyəsinə aid 8 500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 170 manat, hərrac addımı 17 manatdır.
- İmişli rayonu, Məzrəli kəndi – Məzrəli-Qaradonlu Bələdiyyəsinə aid 1,82 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 1 055,60 manat, hərrac addımı 105,56 manatdır.
- İmişli rayonu, Gövhərli kəndi – Məzrəli-Qaradonlu Bələdiyyəsinə aid 34,18 hektar torpaq sahəsi heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 9 741,30 manat, hərrac addımı 974,13 manatdır.
- İmişli rayonu, Murğuzallı kəndi – Muradalılı Bələdiyyəsinə aid 4,35 hektar torpaq sahəsi heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 565,50 manat, hərrac addımı 56,55 manatdır.
- Ağsu şəhəri – Ağsu Bələdiyyəsinə aid 150 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 15 il müddətinə icarəyə verilir. Birillik icarə haqqı 2 239,50 manat, hərrac addımı 112 manatdır.
