Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2026-cı ilin yanvar-avqust aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 982.6 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 437.9 milyon manat və ya 17.2% çoxdur.
Banklar 2025-ci ilin ilk 8 ayında 2 milyard 545 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
İlk 8 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 457.4 milyon manat (14.1%) artaraq 3 milyard 695.1 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
