"Qanunun əsas məqsədi real sektorun canlandırılmasıdır" - Vüsal Qasımlı | Banco.az

"Qanunun əsas məqsədi real sektorun canlandırılmasıdır" - Vüsal Qasımlı

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdığı “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatını keçirib.

Banco.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  çıxışında "Ticarət balansında müsbət saldo, manatın güclənməsi, inflyasiyanın təkrəqəmli olması sevindirici haldı. Eləcə də maliyyə, bank sektorunda da müsbət dəyişikliklər müşahidə olunur. Manatın devalvasiyası turizimin inkişafına xüsusi təsir göstərmişdir. Aktivlərin tərkibində daşınar əmlak daşınmaz əmlakdan daha çoxdur, lakin girov portfelinə baxdıqda daşınmaz əmlakın daha çox olduğu ortaya çıxır və disproporsiya yaranır" deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bu tədbir pulun tarazlıq səviyyəsinə çatmasına da köməklik göstərəcək. Əsas məqsəd isə odur ki, kreditlər əsasən real sektora yönəlsin. Bankları çox sıxmaq faktiki olaraq oturduğumuz budağı kəsmək kimidir.  Həyata keçirilən tədbirlər bir başa bank maliyyə sektoruna müsbət təsir göstərəcək və iqtisadi inkişafı dəstəkləyəcək" Vüsal Qasımlı qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et