Hazırda yeni əşyaların alınması bu günki nəsli əvvəlki kimi sevindirmir, köhnə tipli reklamlar işə yaramır, xoşbəxtliyi onlara tamamilə başqa şeylər gətirir.
1981 və 1997-ci illər aralığında doğulan insanların yəni, millenialların “unikal zövqlər”i bütün dünyanın marketoloqlarını düşündürür. Çünki, milleniallar əşyalara pul xərcləməkdən daha çox idman, şənliklər, konsertlər və s. üçün vəsait sərf etməyi xoşlayırlar. Bu insanlar sırf xərcləmək üçün qazanmağı sevmirlər. Bu niyə belədir?
Millenialların əlində ehtiyat pul olmur. Məsələn, Amerikada bu nəslin nümayəndələri ən çox 2500 dollar ehtiyat pula sahibdirlər. Artıq böyük şəhərlərdə yaşayan və müxtəlif gəlir səviyyəsindəki gənclər qazandıqları vəsaitə son dərəcə diqqətlə yanaşırlar. Çünki bu pulu qazanarkən əvəzində gəncliklərini itirirlər. Bu insanlar kütləvi şəkildə yoxsullaşıb. Prioritetləri müəyyənləşdirib buna uyğun yaşamaq, ehtiyac duyulan şeyləri alıb, lazımsız şeylərə pulu israf etməməyə çalışırlar. Çünki uğur və pul dalınca qaçarkən həyatı burada və indi yaşamağa vaxt və taqət qalmır.
Otuz yaşdan sonra əşyalar iki yerə bölünür: lazım olanlar və lazım olmayanlar. Ticarət mərkəzləri və onlayn mağazalar alış-verişə şüurlu şəkildə yanaşmayan şəxsləri öz əsirinə çevirir. Onlayn mağazalardakı məhsulların heç də həmişə şəkildəki kimi olmadığını nəzərə alsaq, görərik ki, həqiqətən, israfçılıq edilir.
Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?
Artıq gənclər arasında öz xarici görünüşlərinə münasibət də dəyişilib. İnsanlar özlərini təbii gözəlliyin qorunub saxlanılması və sağlam yuxu vasitəsilə “bəzəməyə” çalışırlar. Həyatımızda canlı ünsiyyətdə olduğumuz dostlar sosial şəbəkələrdəki “gözəllik ikonaları”ndan nə qədər çox olsa, gözəlliyə yanaşmamız da bir o qədər düzgün olar. Gözəllik sənayesi “axı sən buna layiqsən” devizi ilə bahalı məhsullar satır. Lakin biz təkcə yaşlanma əleyhinə kremlərə layiq deyilik. Bir həftə sırf bu kremi almaq üçün işləməməyə də layiqik.
Bəzən insanlar sağlamlığına zərər vuran məhsulları da böyük həvəslə alırlar. Odur ki, maksimum ehtiyatla hərəkət etmək lazımdır.
Həmçinin oxu: “Juul”un həmtəsisçiləri artıq milyarder deyillər
Ən əsası öz2ünə qarşı dürüst olmaqdır. Əgər “pulun üstündə oturmamısansa”, özünü elə göstərmə ki, “oturmusan, Hazırda işlətdiyin telefon mənəvi amortizasiyaya uğramış, başqa deyimlə, “gözündən düşmüş” ola bilər. Daha yaxşı şəkil çəkir deyə son buraxılış mobil telefon ala bilərsən, amma bir müddət sonra lüzumsuz bir addım atdığını görəcəksən. Xeyriyyə məqsədlərinə vəsait xərcləmək marketinq hiylələrinin idarə etdiyi bir obyekt kimi pul xərcləməkdən daha məqsədəuyğundur. Ən azından özünü daha yaxşı insan kimi hiss edə bilərsən. Özünü göstərmək üçün pul kifayət deyil, ən çox da zaman.