Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF Almaniyaya islahatlar barədə xəbərdar edib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, Almaniyada ölkə daxilində və Avropa İttifaqı (Aİ) səviyyəsində daha cəsarətli islahatlar həyata keçirilmədiyi təqdirdə, ölkə orta müddətli dövrdə davamlı olaraq çətin bir iqtisadi artım perspektivi ilə üzləşəcək.
Fond dördüncü maddə konsültasiyası çərçivəsində BVF heyətinin ölkəyə səfəri nəticəsində əldə edilən ilkin qiymətləndirmə nəticələrini açıqlayıb.
BVF-in bəyanatında vurğulanıb ki, bir neçə il ərzində yaşanan böyük iqtisadi şoklar və mənfi artımdan sonra, Almaniyanın bu ilin əvvəlində maliyyə qaydalarında həyata keçirdiyi tarixi islahat daxili investisiya və istehlakda tədrici sürətlənmə yaradaraq iqtisadi bərpa üçün zəmin formalaşdırıb.
Lakin açıqlamada qeyd edilib ki, orta müddətli artım gözləntiləri sürətlə qocalan əhali və aşağı məhsuldarlıq artımı səbəbindən məhdud olaraq qalır. Mövcud maliyyə imkanının isə iqtisadiyyatın uzunmüddətli istehsal potensialını artırmaq məqsədilə ağıllı şəkildə istifadə edilməsinin vacibliyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
