Müəllif: Tamara Mustafayeva, Banco.az
“Schneider Electric”: Enerji böhranı ABŞ-ı süni intellekt yarışında geridə qoya bilər
Banco.az xəbər verir ki, Süni intellekt texnologiyasının bir hissəsi olan məlumat mərkəzləri istehlak etdikləri elektriklə gündəmə gəlir. “Schneider Electric”in məlumatına görə, məlumat mərkəzlərinin enerji tələbatının hər gün artması ABŞ-ın on il ərzində potensial elektrik böhranı ilə üzləşə biləcəyini göstərir. Bu isə onun süni intellekt yarışında Çindən geri qalmasına səbəb ola bilər.
“Schneider Electric” bildirir ki, məlumat mərkəzlərinə enerji təminatı üçün artan tələbat səbəbindən ABŞ bu onillikdə potensial elektrik böhranı ilə üzləşə bilər.
Şirkətin hesablamalarına görə, eyni səviyyədə ehtiyat gücü təmin edildiyi halda belə, 2028-ci ilə qədər pik saatlarda mövcud elektrik istehsalı tələbatı qarşılamaq üçün yetərli olmayacaq. Analizə əsasən, 2033-cü ilə qədər 175 giqavata qədər güc çatışmazlığı yaranacaq, bu da elektrik kəsintilərinə yol aça bilər.
ABŞ-ın enerji sistemi son dövrdə məlumat mərkəzləri, yeni zavodlar və elektrikli nəqliyyat vasitələri səbəbindən çətinliklərlə üzləşir. Son iki ildə süni intellektin sürətli yüksəlişindən əvvəl belə, şəbəkə ekstremal hava şəraiti və artan həcmdə fasiləli bərpa olunan enerji səbəbindən təzyiq altında idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
