“Pul xaricində bir işçi nə ilə motivasiya olunar?” | Banco.az

“Pul xaricində bir işçi nə ilə motivasiya olunar?”

Şirkətlər işçilərinə əlavə pul vermək xaricində necə motivasiya edəcəklərini bilmir, işin daha qəribə hissəsi, işçilər də bu mövzuda əlavə məlumata sahib deyillər. Beləcə “Pul xaricində bir işçi nə ilə motivasiya olunar?” sualı əhəmiyyətini qoruyur.

İşçilər puldan və kariyeradan başqa ofis içərisində, yəni ikinci evlərində vaxt keçirərkən mənəvi cəhətdən rahat olmaq istəyirlər. Rəqabətin, hirsin və qəzəbin hakim olduğu bir iş şəraiti ilə müqayisədə sakit, rahatlayıcı, köməksevər bir şirkətdə işçilər daha xoşbəxt və daxilən sakit olur.  Yəni keçmişin rəqabətcil şirkət mədəniyyətini, qoruyucu şirkət mədəniyyəti əvəz edir. Ən azından işçilər bunun belə olmasını istəyir.

Araşdırmalara görə bir işçini iş həyatında pul və karyeradan başqa ən çox motivasiya edən 5 maddə aşağıdakı kimi sıralanır.

Ən sərfəli kredit üçün müraciət et

1. Yaxşı rəhbər: İşçilərin çox böyük hissəsi “son işinizi niyə tərk etdiniz?” sualına, “rəhbərə görə” cavabını verir.

2.Ədalətli idarə: İşçilər idarəçilik baxımından, əlavə haqlar və gəlir paketində digər iş yoldaşlarıyla eyni şəkildə münasibət istəyir.

3.Təqdir və təşəkkür: İşçilər etdiklərinin dəyər görməsini və özlərinin dəyərli hissedilməsini istəyir.

4.Kollektiv şirkət mədəniyyəti: İşçilər kollektivdə köməksevər işçilərin olmasını olduqca vacib hesab edirlər.

5.İş təhlükəsizliyi: İşçilər “bu şirkətdə illərlə işləyə bilərəm” hissinə əhəmiyyət verirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et