Proqnoz: Azərbaycan iqtisadiyyatı gələn il artacaq | Banco.az

Proqnoz: Azərbaycan iqtisadiyyatı gələn il artacaq

Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 4%-ə qədər irəliləməsi proqnozlaşdırılır. Bunu 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, növbəti il təkrəqəmli inflyasiya qeydə alınacaq: "2018-ci il üçün dövlət və özəl investisiyaların həcmi artacaq, Azərbaycanın tranzit imkanları genişlənəcək".

İİTKM rəhbəri gələn il Azərbaycan üçün yeni iqtisadi inkişaf trayektoriyasının başlandığı il olacağını qeyd edib.

Mənbə: Report.az