“Prada” dəbdəbə dünyasının liderinə çevrilib | Banco.az

“Prada” dəbdəbə dünyasının liderinə çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Prada”nın xalis gəliri I rübdə 16 faiz artaraq 1,19 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, “Miu Miu” kimi markaların sahibi olan İtaliyanın moda qrupu “Prada SpA”nın satışlarının artması ilə yanaşı, şirkətin rəqiblərindən daha yaxşı performans göstərməsi diqqət çəkib.

“Prada” bəyanatında ilin birinci rübündə şirkətin xalis gəlirinin 16 faiz artaraq 1,19 milyard avroya (1,27 milyard dollar) çatdığını bildirib. Analitiklərin proqnozu isə şirkətin 1,17 milyard avro xalis gəliri açıqlayacağı istiqamətində idi.

Qeyd edilib ki, şirkət Asiya-Sakit Okean regionunda xüsusilə yüksək göstəricilər əldə edib.

Markalar və məhsullar üçün edilən axtarış nəticələrinə və sosial media vasitəsilə haqqında bəhs edilməyə əsasən tərtib edilmiş Lyst İndeksində ilk iki pilləni məhz “Prada” və “Miu Miu” tutub.

Ən sərfəli kredit üçün müraciət et

“Prada”nın fransız rəqibi “Kering” isə ən böyük markası “Gucci”nin özünü daha eksklüziv seqmentdə yerləşdirməyə çalışdığı bir vaxtda zəif çıxış edib. “Prada”nın səhmləri bu il Honkonq birjasında 37 faiz dəyər qazandığı halda, “Kering”in səhmləri isə təxminən 19 faiz dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et