Müəllif:Ayşən İmanova/Banco.az
Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesi başlamaqdan imtina edib.
Banco.az xəbər verir ki, ölkə hökuməti münasibətləri dərinləşdirmək və tarixi həqiqətə hörmət etmək istədiyini qeyd edib, lakin təzminat ödəməyə gəldikdə, konkret tədbirlər proqramının olmadığını bildirib.
Ölkə Prezidenti Rebelo de Sousanın bəyanatına görə, Portuqaliya təzminat ödəməyin bir neçə yolunu nəzərdən keçirir. Bunlara keçmiş müstəmləkələrin borclarının silinməsi, həmçinin maliyyə təminatı daxildir.
Qeyd edək ki, səlahiyyətlilərin sözlərinə görə, əvvəlki hökumətlər də oxşar xətti izləyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!