Polşa şirkəti Almaniyanın hava yolları şirkətini alır | Banco.az

Polşa şirkəti Almaniyanın hava yolları şirkətini alır

Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt), Almaniyanın hava yolu markası "Condor"un Polşanın hava yolu şirkəti LOT-a satışını təsdiqləyib.

İki hava yolu şirkətinin bir-birini tamamladığı, bu sayədə "Condor"un Almaniya bazarında liderlik yarışında "Lufthansa" qarşısında güc qazanacağı açıqlanıb.

Polşanın hava yolu şirkəti LOT-in müflisləşən turizm şirkəti "Tomas Cook"a aid hava yolu markası "Condor"u satın almasına Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt) razılıq verib.

Təşkilatın yaydığı açıqlamada, birləşmə analizi nəticəsində "Condor" və LOT-un bir-biriylə rəqabətin söz mövzusu olmadığı, çünki hər iki hava yollarının fərqli istiqamətlərə uçuşlar reallaşdırdığı vurğulanıb. 

630 MİLYON AVRO ÖDƏNƏCƏK

Satış əməliyyatının Aprel ayının sonuna qədər tamamlanması gözlənilir. LOT alış üçün nə qədər ödəmə edəcəyi açıqlanmayıb.

Qeyri-rəsmi məlumata görə, "Condor"un satışı üçün Polşa şirkətinin ödəyəcəyi məbləğ kredit borcu birlikdə 630 milyon avro təşkil edəcək. 

Parkında 50 təyyarə olan, təxminən 5 min adama məşğulluq təmin edən "Condor", hər il 9.5 milyona qədər  sərnişini Avropa, Afrika və Amerikanın 90 fərqli nöqtəsinə daşıyır.

Polşa Maliyyə Nazirliyinin də payı olan LOT isə dünyada 120 fərqli nöqtəyə ildə təxminən 10 milyon sərnişin daşıyır.

marja