“PASHA Bank Cup IV” yarışmasının “Qraflar” mövzusunda baş tutan dördüncü mərhələsində 60-a yaxın iştirakçı öz qüvvəsini sınayıb. 12-15 avqust tarixlərini əhatə edən bu mərhələdə 10 nəfər 100 %-lik, 14 iştirakçı isə 50 %-dən yüksək nəticəyə imza atıb.
Bu mərhələdə 100 %-lik nəticə göstərən iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
- Rəhim Məmmədli
- Rəşad Məmmədov
- İbrahim Tağızadə
- Anar Verdiyev
- Xizri Saxrayev
- Emil İnoçkin
- Emin Orucov
- Hüseyn Hacıyev
- Fərhad Əzimov
- Fərid Əhmədli
Müsabiqənin final mərhələsi sentyabr ayında baş tutacaq. Bu mərhələdə qələbə uğrunda mübarizə aparan iştirakçılar oflayn surətdə yarışacaqlar.
Xatırladaq ki, “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən bu müsabiqə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı, eləcə də sözügedən sahənin inkişafına töhfə verməyi hədəfləyir.
Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!