PAŞA Sığorta şirkəti yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir | Banco.az

PAŞA Sığorta şirkəti yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir

PAŞA Sığorta şirkəti yeni daşınar və daşınmaz əmlakın icbari və könüllü sığortası üzrə məhsulu olan Yaşıl Bakı-nı müştərilərinə təqdim edir.

Bu məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun və əsas özəlliyi ondan ibarətdir ki,  paketlərin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Sizin

tələblərinizə uyğun olan sığorta paketini seçərkən müvafiq sığorta təminatı əldə edirsiniz.

Həmçinin layihənin sosial tərəfi də mövcuddur. Buməhsulları əldə etdiyiniz zaman paketin adına uyğun paytaxtımıza bir ağac hədiyyə etmiş olursunuz.  Hər 6aydan bir PAŞA Sığorta şirkətinin əməkdaşları satılan məhsulların sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində  ağac əkilməsini həyata keçirəcəklər. Belə ki, bu paketləri əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhvəsi olacaqdır. 

Üstünlüklərdən digəri isə ondan ibarətdir ki, əmlakınız baza yaşayış üçün tam yararsız olduğu halda hər bir paket üzrə sizə aylıq 300 AZN, 500 AZN, 700 AZN məbləğində kirayə haqqı ödəniləcəkdir.

Çinar Paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə  199 AZN təşkil edir. Paketlər bir birlərindən təminat məbləğinə görə fərqlənirlər.

Bu paketləri əldə edən hər kəs xüsusi Yaşıl Bakı kartına sahib olur və müxtəlif  endirimlərdən yararlanmaq imkanı qazanır.  Endirim təqdim olunan ticarət obyektlərinin siyahısı aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

•          166 Yük Taksisi 10%

•          H2O Quru Təmizləmə 20%

•          Təmiz Xalı 10%

•          Alo Usta 20%

•          Baku Cleaning Company 10%

•          PurePro Su filtrləri 15%

•          Diona Mebel 15%

•          Optimal Electronics 20%-dək (endirimlər planşet, notebook və telefonlara şamil edilmir)

Ətraflı məlumat üçün: *7000 SığortaMəsləhətləriXəttivəyahttp://pasha-insurance.az/az

Qeydedək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.«PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Ən sərfəli krediti almaq üçün müraciət et