PAŞA Holdinqdən reytinq agentliyinin açıqlamasına reaksiya | Banco.az

PAŞA Holdinqdən reytinq agentliyinin açıqlamasına reaksiya

"10 fevral 2020-ci il tarixində bir sıra yerli xəbər portallarında dərc edilmiş “PAŞA Holdinq Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan "PASHA Bank Georgia" və "PASHA Bank Turkey" qurumlarını tərkibindən çıxarır” məzmunlu məqalələr anlaşılmazlıqdan irəli gələn məlumata əsaslanır və həqiqətlə uzlaşmır".

Bu barədə PAŞA Holdinqin açıqlamasında bildirilir:

Açıqlamada deyilir:

"PAŞA Holdinqin mövqeyinə əsasən, bu ölkələrdə əməliyyatlar aparan törəmə bankların valyuta məzənnəsi dəyişikliklərin təsirindən irəli gələn xərcləri qarşılamaq iqtidarındadır. Qeyd etmək istərdik ki, PAŞA Holdinq rekonsolidasiya ilə bağlı heç bir bəyanat yaymayıb. Odur ki, bir daha vurğulayırıq ki, məqalələrdə əksini tapan məlumatlar anlaşılmamazlıqdan irəli gəlib və heç bir əsasa malik deyil. Bu məqam "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin ekspertlərinin diqqətinə çatdırılıb və qurumun rəsmi açıqlamasında düzəliş edilərək, yenilənmiş məlumat qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, beynəlxalq reytinq agentliyi vurğulayır ki, güclü bazar mövqeyinə malik olan PAŞA Bank 2019-cu ilin oktyabr ayının sonuna korporativ kreditləşmə seqmentində bazar payını 18.6%-ə çatdırıb. Beynəlxalq ekspertlər hesab edirlər ki, 2020-ci ildə PAŞA Bankın bazar payı 22% - 24%-ə çata bilər".

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi açıqlamasında qeyd edib ki, “Pasha Holding” kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et