“PAŞA Həyat” və “İRS” nəşriyyat evi “Milli Şəhərsalma Forumu”nda iştirak edib | Banco.az

“PAŞA Həyat” və “İRS” nəşriyyat evi “Milli Şəhərsalma Forumu”nda iştirak edib

“PAŞA Həyat” və “İRS” nəşriyyat evi birgə əməkdaşlıq çərçivəsində “Milli Şəhərsalma Forumu”nda iştirak edib.  Birgə fəaliyyət nəticəsində ərsəyə gələn Azərbaycan tarixi və mədəniyyətinə həsr olunmuş kitablar Azərbaycanda ilk dəfə baş tutmuş “Milli Şəhərsalma Forumu”nda təqdim olunub.

Bildirək ki, 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan

Məlumat üçün bildirək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə fəaliyyəti nəticəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə” kitablarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et