Palata bu bankın yeni filiallarına yaşıl işıq yandırdı! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Palata bu bankın yeni filiallarına yaşıl işıq yandırdı!

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 10 aprel 2017-ci il tarixli qərarına əsasən “Günay Bank” ASC-nin “5 saylı” filialının və “5 saylı” şöbəsinin açılması üçün icazə verilib. Bu barədə Banco.az-a MBNP-dan məlumat daxil olub.

Direktorlar Şurasının iclasında sözügedən bankın filial və şöbəsinin açılması ilə əlaqədar daxil olmuş müraciətə baxılaraq müsbət qərar qəbul edilib.MBNP-nin Direktorlar Şurasının qərarı ilə “Günaybank” ASC-nin Nəsimi rayonu, Şamil Əzizbəyov 185 ünvanında yerləşəcək “5 saylı” filialının və Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında fəaliyyət göstərəcək “5 saylı” şöbəsinin açılmasına icazə verilib.