Palata: Bankların açıq valyuta mövqeyi 3%-dən artıq olacaq | Banco.az

Palata: Bankların açıq valyuta mövqeyi 3%-dən artıq olacaq

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları üçün açıq valyuta mövqeyinin normativi 3%-dək azaldılmayacaq. 

Bunu açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) şöbə müdiri Rüstəm Tahirov deyib.

R.Tahirovun sözlərinə görə, hazırda Palata bu məsələ ilə bağlı kommersiya bankları ilə danışıqlar aparır: "Banklarla aktiv danışıqlar aparırıq və deyim ki, bu rəqəm 3% həddində deyil, daha yüksək həddə olacaq".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda bu normativ 10% təşkil edir.

Mənbə: Report.az