Özbəkistan sahibkarlarını Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qəbul edib | Banco.az

Özbəkistan sahibkarlarını Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qəbul edib

21 iyun 2022-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Konfederasiyanın prezidenti eyni vaxtda həm Özbəkistan, həm də Azərbaycanda biznes forumların keçirilməsinin iki qardaş ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb.

F.Toşpulatov özbəkistan sahibkarlarının salamını çatdırıb və 20-dən çox sahibkarın iştirak etdiyi Bakı biznes-forumunun məhsuldar keçdiyini bildirib.

Onun sözlərinə görə, iyunun 20-də özbəkistanlı sahibkarlar İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye parkları haqqında ətraflı məlumat əldə ediblər və Sumqayıt sənaye parkındakı müəssisələrlə tanış olublar.

Nümayəndə heyəti həmin gün “Azərsun Holdinq”də də görüş keçirib və qarşılıqlı maraq doğuran sahələr üzrə konkret danışıqlar aparılıb. KOBİA-da görüşdə isə Özbəkistan tərəfi Azərbaycanın kiçik və orta biznesin inkişafı ilə bağlı təcrübəsi ilə maraqlanıblar.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bundan sonra da Özbəkistan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın dərinləşdirilməsinə çalışacaqlarını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et