Ötən il valyuta bazarında aparılmış əməliyyatların həcmi açıqlanıb | Banco.az

Ötən il valyuta bazarında aparılmış əməliyyatların həcmi açıqlanıb

Valyuta bazarında nağd və qeyri-nağd olmaqla cəmi 32,4 milyard dollarlıq əməliyyat aparılıb

Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ildə valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilmişdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.

İcmalda bildirilir ki, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 25.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 83.3%-i ABŞ dollarında, 16.7%-i digər valyutalarda aparılmışdır.

Qeyri-nağd valyuta əməliyyatlarının 33%-i banklararası valyuta bazarında (BVB), 67%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ilində BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.

BDVB-də valyuta əməliyyatlarının həcmi 17 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 77%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil etmişdir.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat ilində 7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 5.4 mlrd. dollarını və ya 77%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.

marja