"Nvidia" OpenAI-yə 30 milyard dollarlıq investisiya yatırmağı planlaşdırır | Banco.az

"Nvidia" OpenAI-yə 30 milyard dollarlıq investisiya yatırmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

"Nvidia" OpenAI-yə 30 milyard dollara qədər investisiya qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu investisiya baş tutarsa, OpenAI-nin investisiya öncəsi dəyəri 730 milyard dollara çata bilər.

Hazırda müzakirə olunan 30 milyard dollarlıq investisiya əvvəlki çərçivədən fərqlənsə də, Nvidia-nın gələcəkdə həmin struktur daxilində əlavə investisiya raundlarında da iştirak edə biləcəyi qeyd olunur.