Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 11%-dək azalıb | Banco.az

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 11%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 2026-cı ilin yanvar ayında 431 milyon 732 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 51 milyon 561 min dollar və ya 10,7% azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 268 milyon 159 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 39 milyon 935 min dollar və ya 13% azdır. Türkiyəyə ixrac isə 11 milyon 626 min dollar və ya 6,6% azalaraq 163 milyon 573 min manata enib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 483,3 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram