Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycana 8 milyon 251 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 594 min dollar və ya 30,3% azalıb.
Ötən ilin yanvarında ölkəyə 11 milyon 845 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ötən ay bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.63% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
