Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay ABŞ-da sənaye istehsalı azalıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) açıqladığı iyul ayı sənaye istehsalı və tutumdan istifadə məlumatlarına görə, ölkədə sənaye istehsalı iyul ayında əvvəlki aya görə mənfi 0,6 faiz azalıb.
Bazar proqnozları bu dövrdə sənaye istehsalının mənfi 0,3 faiz olacağı istiqamətində idi.
İyulda emal sənayesi istehsalı da aylıq müqayisədə mənfi 0,3 faiz azalıb. Bazar proqnozları da emal sənayesi istehsalının sözügedən dövrdə mənfi 0,3 faiz azalacağını göstərirdi. İyun ayında emal sənayesində istehsal 0,4 faiz artmışdı.
Bu dövrdə ölkədə tutumlardan istifadə göstəricisi 77,8 faiz azalıb. Tutumdan istifadə nisbətinin 78,5 faiz olacağı gözlənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!