Oracle şirkətinin TikTok təklifi ABŞ hökumətindən razılıq gözləyir | Banco.az

Oracle şirkətinin TikTok təklifi ABŞ hökumətindən razılıq gözləyir

Tamara Mustafayeva, Banco.az

Oracle şirkətinin TikTok təklifi ABŞ hökumətinin yoxlanışından keçməlidir.

Barəsində danışıqların davam etdiyi "TikTok Global" layihəsinin noyabr ayında keçiriləcək prezident seçkilərindən əvvəl ABŞ-da 20000 insanı işlə təmin edəcəyi bildirilir.

Oracle şirkəti tərəfindən TikTok platformasının Amerikadakı yayım hüquqlarını satın almaq üçün irəli sürülən və medianın gündəmində olan təklif təkcə ABŞ təhlükəsizlik yoxlanışından keçməklə kifayətlənməyəcək, həmçinin Donald Trampın da dəstəyinə ehtiyac duyacaq.

ABŞ Xəzinə naziri Stiven Mnuçin bazar ertəsi mətbuata açıqlamasında hökumətin bu həftə sözügedən təklifi müzakirə edəcəyini bildirib.

Razılıq əldə ediləcəyi təqdirdə Mnuçin tərəfindən "TikTok Global" adlandırılan layihə həyata keçiriləcək.

Mnuçin həmçinin bu qurumun inzibati mərkəzinin Amerikada olacağını və 20 min insanı işlə təmin edəcəyini vurğulayıb.

Xatırladaq ki, tərəflərə yaxın mənbələrdən verilən məlumata görə, Oracle şirkəti TikTok platformasının yayım hüquqlarını satın almaq əvəzinə yeni yaradılacaq şirkətə sərmayə qoyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Danışıqların 48 saat ərzində yekunlaşacağını bildirən mənbələr TikTok platformasının ana şirkətlərindən olan General Atlantic və Sequoia Capital şirkətlərinin də yeni yaradılacaq qurumun səhmdarları arasında olacağını qeyd ediblər.

Həmçinin oxu: TikTok Microsoft ilə danışıqları dayandırdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et