TikTok Microsoft ilə danışıqları dayandırdı | Banco.az

TikTok Microsoft ilə danışıqları dayandırdı

Tamara Mustafayeva, Banco.az

TikTok Microsoft ilə danışıqları dayandırıb, Oracle daha şanslı görünür.

Çinin ByteDance şirkətinə məxsus TikTok tətbiqinin ABŞ-dakı fəaliyyət haqqlarının Microsoft firmasına satılmayacağı bildirilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, TikTok ABŞ-dakı yayım haqqlarını satmaq üçün Microsoft ilə aparılan danışıqları dayandırıb və Oracle şirkəti ilə əməkdaşlığa yönəlib.

Məlumatların ictimaiyyətə açıq olmaması səbəbilə adını açıqlamayan mənbələr TikTok platformasının Pekində yerləşən ana şirkəti ByteDance Ltd. ilə Oracle arasındakı razılaşmanın ehtimal ki, yenidən tərtib ediləcək TikTok fəaliyyəti üzrə müvafiq payı ehtiva edəcəyini, ancaq satışdan çox bir şirkətin yenidən qurulması kimi mahiyyət kəsb edəcəyini bildirib. 

Prezident Donald Trampın hər hansı bir Amerika şirkətinə satılması üçün TikTok-a verilən müddətin uzadılmayacağını elan etməsindən sonra sözügedən tətbiqin ABŞ üzrə yayım hüquqlarını satın almaq istəyən Microsoft şirkətindən açıqlama edilib.

Açıqlamaya görə, ByteDance şirkəti TikTok platformasının ABŞ hüquqlarını Microsoft şirkətinə satmayacağını artıq onlara bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Tramp TikTok-un istifadəsini 15 sentyabr tarixində dayandıracağını elan etmişdi

Xatırladaq ki, Donald Tramp 3 avqust tarixindəki açıqlamasında Çinə məxsus sosial media platforması olan TikTok-un 15 sentyabr tarixində ölkə ərazisində istifadəsinin dayandırılacağını elan etmişdi.

Həmçinin oxu: YouTube TikTok-a rəqib olacaq yeni funksiyasını AKTİVLƏŞDİRDİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et