Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikanın süni intellekt tədqiqat şirkəti “OpenAI” ilk baş iqtisadçısını işə götürüb.
Banco.az xəbər verir ki, prezident Co Bayden administrasiyası dövründə Ticarət Nazirliyinin keçmiş baş iqtisadçısı və prezident Barak Obamanın İqtisadi Məsləhətçilər Şurasının baş iqtisadçısı Aaron Çatterjinin şirkətə qoşulduğu açıqlanıb.
Həmçinin Dyuk Universitetində biznes və ictimai siyasət professoru olan Çatterji “OpenAI-”də süni intellektin iqtisadi təsirlərini araşdıracaq və süni intellektin iqtisadi artıma və iş yerlərinə necə təsir edə biləcəyi ilə bağlı araşdırmalara rəhbərlik edəcək.
Qeyd edək ki, Çatterji Birləşmiş Ştatlarda kompüter çiplərinin inkişafı üçün təxminən 280 milyard dollar maliyyələşdirməyə imkan verən 2022-ci il CHIPS Aktının həyata keçirilməsini koordinasiya etməyə kömək edən şəxs idi.
Çatterji “OpenAI”nin işə götürdüyü yeganə yüksək səviyyəli şəxs deyil. Şirkət həmçinin keçmiş baş prokuror müavinivə “Uber”in icraçı direktoru Skot Skulsu yeni baş uyğunluq məmuru təyin edib.
Bizi sosial şəbəkələrdən izləyin!!