Onlayn mağazaların bir ildən çox axtardığı sirli alıcı tapıldı | Banco.az

Onlayn mağazaların bir ildən çox axtardığı sirli alıcı tapıldı

Con Smit adı ilə tanınan istifadəçi onlayn mağazalarda sifariş verib heç bir əşyanı almadan səhifələri tərk edirdi. Bundan narahat olan satış platformaları Con Smitin fəaliyyətini hakerlik və ya rəqib şirkətlərin apardığı siyasətin addımı kimi qiymətləndirirdilər.
Bir ildən çoxdur ki, axtarılan bu sirli alıcı tapılıb. 

Həmin istifadəçinin İP ünvanı araşdırılıb və onun Google korporasiyasının botu olduğu məlum olub. 

Con Smitin fəaliyyəti internet mağazalarının reklam və digər mühüm biznes qərarlarının qəbul edilməsi üçün istifadə etdiyi analitikanı təhrif edir.

Google şirkətindən verilən açıqlamaya görə, botun məqsədi mağazalarda təqdim olunan vergi miqdarı və çatdırılma qiymətləri ilə tanış olub Google Shopping platformasının qiymətlərini dünya bazarı səviyyəsinə uyğunlaşdırmaqdır. 

"Biz istehlakçıların qiymətlər haqqında dəqiq məlumatları satıcılardan almasını təmin etmək üçün avtomatlaşdırılmış sistemlərdən istifadə edirik", — deyə, şirkətin nümayəndələri bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et