Onlayn dəstək sistemi nədir və hansı banklarda tətbiq edilir? | Banco.az

Onlayn dəstək sistemi nədir və hansı banklarda tətbiq edilir?

Əgər hansı bir bank və ya onun təqdim etdiyi xidmət haqqında məlumat almağa təcili ehtiyac duyursansa, onda onlayn məsləhət xidməti haqqında danışmaq tam yerinə düşər. Bankların rəsmi saytlarında onlayn məsləhət xidmətinin mövcudluğu sizin suallarınıza cavab tapmağınıza olduqca kömək olacaqdır.

Gəlin razılaşaq ki, bu gün hamı öz suallarına kompüterin başında ayrılmadan cavab tapmaq istəyir və bu zaman onlar ya bankların sosial şəbəkələrdəki rəsmi səhifələrinə, ya bankların kosporativ saytlarına üz tuturlar. Belə ki, bankların “Qaynar xətləri” müştərilərin tələbatını qarşılaya bilmir. 

Onlayn məsləhət  - sual, problem, şikayətlərinizlə bağlı fikirlərinizi yönəldə biləcəyiniz bir sistemdir.Bu bankın məhsul və xidmətləri haqqında ümumi məlumat ala biləcəyiniz bir xidmət kanalıdır.  Bunu bir növ canlı dəstək kimi də qəbul eləmək olar. Bank nümayəndəsi sizi dinləyir (müraciətinizi oxuyur) və sizə doğru olan məlumatı çatdırır. Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz, yerinizi dəyişmirsiniz və növbə üçün gözləməli olmursunuz. 

Lakin bəzən onlayn müraciətlər zamanı da hazırda heç bir operatorun sərbəst olmadığı deyilir və müraciətinizin cavablanması üçün bir az gözləməyiniz xahiş olunur. Lakin call-center xidməti ilə müqayisədə bu müddət daha az olur.

Onlayn məsləhətdən yararlanmaq üçün, Siz sadəcə bankın saytında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz. Bu isə sadəcə yaxşı bir xidmət göstərmək üçün tələb olunur.

Xidmətdən yararlanmaq üçün hər hansı bir proqramdan istifadəyə də ehtiyac yoxdur. Günün bəlli saatlarında, bankların iş rejiminə uyğun olaraq, bu xidmət hər kəsə açıq olur.

Hal-hazırda Azərbaycanda bir sıra banklar bu xidməti müştərilərə təqdim edir. Müxtəlif versiyalarda olsalar da onların hamısı eyni məqsədə xidmət edir:  Müştərinin rahatlığı və məmnuniyyəti.

 

Bank

        Xidmətin adı

Əlavə xidmət

AGBank

Onlayn müraciətlərin forması (yazılı müraciət)

 

ASB Bank

Onlayn məsləhət xidməti

 

Bank of Azerbaijan

Online Məsləhət üçün müraciət

 

Bank of Baku

Onlayn məsləhətçi

Sizə zəng edək?

Zəng sifarişi

Bank Respublika

Onlayn konsultasiya

Zəng sifarişi

Bank Standard

Onlayn məsləhətçi

 

Bank Technique

Onlayn dəstək

 

Beynəlxalq Bank

Online məsləhət

 

Randevü Xidməti/

Kapital Bank

Onlayn məsləhətçi

 

KredAgro

Canlı çat

 

NBC Bank

Onlayn konsultasiya

 

Nikoil Bank

Onlayn konsultasiya

 

Rabitəbank

 

Zəng sifarişi

TBC Kredit

Kredit üzrə konsultariya (Yazılı müraciət)

 

Turanbank

Onlayn konsultasiya

Skype

Unibank

Onlayn kunsultasiya

 

VF AzerKredit

Onlayn müraciət forması (Yazılı müraciət)

 

VTB Bank

Onlayn konsultasiya

Zəng sifarişi

Dəmirbank

Onlayn Məlumat xidmətləri

Skype (Bizə zəng et)

Xalq Bank

Onlayn müraciət forması (yazılı müraciət)

 

Ən sərfəli kredit üçün müraciət et

Soltanova Könül & Günel Abduraxmanova/Banco.az