Turanbank
BANKIN STRATEJİ BAXIŞI
TuranBankı respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal bank etmək.
BANKIN BİZNES FƏLSƏFƏSİ
Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:
- Etibarlılıq
- Şəffaflıq
- Müştəri ilə tərəfdaş olmaq
- İşçiyə ən qiymətli kapital kimi dəyər vermək
- Cəmiyyət qarşısında korporativ sosial məsuliyyət
- Azərbaycan iqtisadiyyatına xidmət
- Ölkə qanunlarına riayət və hörmət
Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.
Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə uyğun diqqət göstərməkdir.
BANKIN MİSSİYA BƏYANNAMƏSİ
TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.
1. İnvestorlara münasibətdə
Bank, növbəti strateji dövrün sonuna əldə edilən mənfəətin bir hissəsini reinvestisiya edəcəkdir. Bundan əlavə, Bank həm bazar payının, həm aktivlərinin keyfiyyətinin, həm də biznes fəlsəfəsinin reallaşması nəticəsində imicinin artması hesabına səhmlərinin real dəyərinin davamlı artmasına nail olacaqdır. Bu mövcud səhmdarların Banka investisiyalarının artırılmasını stimullaşdırmaqla yanaşı, Bankı digər investorlar üçün cəlbedici edəcəkdir.
2. İşçiyə münasibətdə
Bank, növbəti strateji dövrdə də işçi heyətini daima diqqətdə saxlayacaq, onlara daimi və məqsədli investisiyalar qoyacaq, öz potensiallarının reallaşması üçün yuxarıdan aşağı səlahiyyət bölgüsünü təkmilləşdirəcək və nəticəyə əsaslanan motivasiya sistemlərinin tətbiqini davam edəcəkdir.
3. Müştəriyə münasibətdə
Bank, növbəti strateji dövrdə informasiya texnologiyalarına qoyulan investisiyaların nəticəsi olaraq, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara banka gəlmədən belə müxətlif çeşidli bank məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.
- See more at: http://www.turanbank.az/bizim-bank/missiya-v-strategiya/#sthash.cDlVuPXp.dpuf
Ünvan | İsmayıl bəy Qutqaşınlı küç., 85, AZ1073 Bakı şəh., Azərbaycan |
Telefon | + 994 (12) 510 79 11/22, +994 (12) 497-25-77 |
Filialı | 16 |
Bankomatlar | 32 |
Sayt | www.turanbank.az |
E-poçt | [email protected] |
CEO | Fəzail Musayev |
Hüquqi adı və forması: "TuranBank" Açıq Səhmdar Cəmiyyəti
Hüquqi ünvanı: Nizami küç. ev 53, AZ1095, Bakı şəh., Azərbaycan
Faktiki ünvanı: İsmayıl bəy Qutqaşınlı küç., 85, AZ1073 Bakı şəh., Azərbaycan
Kod: 507462
VÖEN: 1300016391
Azərbaycan Respublikası Mərkəzi Bankında müxbir hesab: AZ26NABZ01350100000000027944
SWIFT: TURAAZ22
Teleks: 14326 TURAN AI
Müstəqil auditorlar: Deloitte & Touche, PWC və KPMG
Əlaqə: Tel: + 994 (12) 510 79 11/22
Faks: + 994 (12) 497 25 77
E-poçt: [email protected]
Veb ünvan: www.turanbank.az
Yaranma tarixi: 12 iyun 1992-ci il
Lisenziya: №115, Azərbaycan Respublikası Mərkəzi Bankı
Səhmdarlar: 6 hüquqi və 21 fiziki şəxs