Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəsmisi Kristofer Voller inflyasiyanın 2%-lik hədəfə daha sürətli qaytarılması üçün əlavə faiz artımlarının mümkün olduğunu açıqlayıb.
İqtisadi göstəricilər gözlənilən istiqamətdə inkişaf edərsə, faizlərin artırılması inflyasiya təzyiqlərinin daha tez azalmasına kömək edə bilər. Bununla belə, artımların hər iclasda həyata keçirilməsi şərt deyil. Fed qərarların vaxtına və iqtisadi vəziyyətə uyğun çevik siyasət yürüdə bilər.
Hazırda ABŞ-da əsas faiz dərəcəsi 3,75–4% aralığındadır. Mərkəzi bank sentyabr ayında faizi 0,25 faiz bəndi artıraraq son üç ildə ilk dəfə pul siyasətini sərtləşdirib.
İnflyasiyanın yüksək səviyyədə qalmasına enerji qiymətləri, Yaxın Şərqdəki münaqişənin neft bazarına təsiri, süni intellekt infrastrukturuna artan investisiyalar və yeni tariflərin yaratdığı mümkün qiymət təzyiqləri təsir göstərir.
Vollerin açıqlamaları Fed-in oktyabr iclasında faiz artımını təxirə sala biləcəyi, lakin inflyasiya yüksək olaraq qalarsa, ilin sonuna qədər əlavə artımların gündəmə gələ biləcəyi ehtimalını artırır.
