Ölkədə qarşılıqlı turizm xidmətləri dövriyyəsi 34%-dən çox artıb | Banco.az

Ölkədə qarşılıqlı turizm xidmətləri dövriyyəsi 34%-dən çox artıb

Bu ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% artaraq 427,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, hesabat dövründə turizm xidmətləri üzrə idxalın dəyərinin (215,9 milyon ABŞ dolları) ixracın dəyərini (211,3 milyon ABŞ dolları) üstələməsi ilə 4,6 milyon ABŞ dolları kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20,2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49,8% artıb.

Yanvar-mart aylarında xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin 61%-i ölkə vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et